Respublikaçılar Partiyasından prezidentliyə namizəd və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi deyib ki, o, seçkilərdə qalib gəlsə, təqsirli bilinərsə, keçmiş prezident Donald Trampı əfv etmək niyyətində deyil.
Qaynarinfo bu barədə ABC telekanalına istinadən xəbər verir.
"Və etməli olduğunuz şeylərdən biri də insana baxmaqdır. İnsan etdiyinə görə məsuliyyət daşımalıdır. Sizcə, Donald Tramp nə vaxtsa etdiyi hər şeyə görə məsuliyyət daşıyacaqmı?", deyə Kristi bildirib.
Onun sözlərinə görə, Trampla bağlı qərar "prezident kimi qəbul etməli olduğu ən asan qərar" olacaq.
"Məsuliyyəti qəbul etmirsən? Çox heyif. Həbsxanaya get", deyə Kristi vurğulayıb.
2023-cü ilin yayında Trampa qarşı bir neçə cinayət işi, o cümlədən 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi, 2020-ci il seçkiləri və keçmiş ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı ittiham irəli sürülüb. Siyasətçi özü bütün hallarda təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları hazırkı prezident Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. KİV-in məlumatına görə, Tramp tərəfdarlarına xəbərdarlıq edib ki, onu bütün ittihamlar üzrə 561 il həbs gözləyir.
Bundan əvvəl ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, Florida ştatının qubernatoru Ron DeSantis və onun partiyadaşı, digər namizəd Nikki Heyli bildirib ki, dövlət başçısı postuna seçiləcəkləri təqdirdə Donald Trampı əfv edəcəklər.
Aydın