
Adı sevgi qalmaqalında hallanan Fransa prezidenti Fransua Ollandla bağlı yeni iddia ortaya atılıb.
Qaynar.info xəbər verir ki, yeni sevgilisi aktrisa Jülye Qayenin Ollandan hamilə qaldığı və sonradan abort etdirdiyi irəli sürülüb.
Almaniyanın "Bild" qəzetində gedən xəbərə görə, 41 yaşlı aktrisa Jülye Qayenin ötən ilin mayında Ollanddan hamilə qaldığı 4 aylıq dölü abort etdirdiyi bildirilib.
Xəbərdə qeyd olunub ki, yaxın dostları Qayenin abortdan sonra özünə gəlmədiyini və çəkildiyi rollarda belə göz yaşlarını saxlaya bilmədiyini deyiblər.
Qaynar.info