Xəbər lenti

Prezidentin arvadının şəxsi məlumatları oğurlandı
Dünya08:17 13.03.2013

Prezidentin arvadının şəxsi məlumatları oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Gizli Xidmət Təşkilatı ölkənin birinci xanımı Mişel Obama, vitse prezident Co Bayde və bir sıra tanınmış şəxslərin şəxsi məlumatlarının oğurlandığını bildirib. 

Qaynar.info-nun məlumatına görə, Gizli Xidmət Təşkilatının rəsmisi Maks Milien polisin məsələ ilə bağlı araşdırılma aparıldığını, lakin araşdırılma aparıldığı müddətdə heç bir açıqlama verilməyəcəyini deyib. 

Məlumatları oğurlanan şəxslər arasında müğənni Beyonce və əri Jay Z, Britni Spirs, aktyorlar Hulk Hoqan, Arnold Şvartsneqer, Paris Hilton və milyarder Donald Trump da var. 

Oğurlanan məlumatlar arasında həmin şəxslərin bank hesabları da var. 

Qeyd edək ki, 1895-ci ildə qurulan Gizli Xidmət ABŞ prezidenti və onun ailəsini qoruyur. 

Qaynar.info