Xəbər lenti

Prezidentin əmri icra edildi: karantin rejimini pozan şəxs öldürüldü
Dünya09:41 07.04.2020

Prezidentin əmri icra edildi: karantin rejimini pozan şəxs öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Filippinin Aqusan del Norte vilayətində koronavirus tədbirləri çərçivəsində aparılan yoxlama zamanı maska taxmayan 63 yaşlı kişi öldürülüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, maska taxmayan şəxsin polisi təhdid etdiyi və səhiyyə işçilərinin üzərinə hücum çəkdiyi üçün öldürüldüyü açıqlanıb. Sərxoş olduğu müəyyənləşdirilən şəxs Filippində qaydaları pozduğuna görə öldürülən ilk adamdır.
Qeyd edək ki, bir müddət bundan öncə Filippin prezidenti Rodriqo Duterte karantin qaydalarını pozan və səhiyyə işçilərinin göstərişlərinə riayət etməyən şəxslərin öldürülməsi barədə əmr vermişdi.
Camal