
Latviya prezidentinin iqamətgahının yerləşdiyi Riqa qəsri adlanan iqamətgahda yanğın baş verib.
Qaynar.info-nun məlumatına görə, iqamətgahda yerləşən tarix muzeyindəki dəyərli eksponatlar məhv olmaq təhlükəsi qarşısında qalıb.
Yanğın iyunun 20-də gecə baş verib. Qəsrin dam örtüyü demək olar ki, tamamilə yanıb. Hələ ki, yanğını söndürmək mümkün olmayıb.
Yanğının qarşısının alınması üçün Riqa və ətraf yerlərin bütün yanğınsöndürmə briqadaları cəlb olunub.
Qeyd edək ki, Riqa qəsri ötən ilin dekabrında restavrasiyaya dayandırılmışdı.
Ölkə prezidenti isə hələlik Riqadakı ayrıca iqamətgahda işləmək məcburiyyətində qalıb.
Qaynar.info