Xəbər lenti

Prezidentin qızı bacısını cadugər adlandırdı
Dünya09:02 19.10.2013

Prezidentin qızı bacısını cadugər adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özbəkistan prezidenti İslam Kərimovun qızları arasında dava getdikcə qızışır.

Qaynar.info
xəbər verir ki, Kərimovun sağ əli sayılan böyük qızı Gülnarə Kərimova bacısı Lolanı cadugərlərin köməyilə atasının hakimiyyətini devirmək cəhdində ittiham edib.

Modelyer, diplomat və iş adamı kimi tanınan Gülnarə Kərimova İnstagram hesabında "Ailənin bir hissəsi xidmət edərkən, cadugərlərlə dost olan digər hissəsi ziyan verir" yazıb.

Gülnarə kiçik bacısı Lolanı öz hesabına qanunsuz pul köçürməkdə və dini əsərlərə ziyan verməkdə ittiham edib.

Dəbdəbəli həyatı ilə seçilən bacısından fərqlənən Lola Kərimova-Tillayevanın ötən ay BBC Özbəkistana verdiyi açıqlama bacılar arasında illərdir davam edən gərginliyi ortaya çıxarmışdı.

Özbəkistanın UNESCO-dakı daimi nümayəndəsi olan və ailəsi ilə birlikdə Cenevrədə yaşayan Lola üç il eyni şəhərdə yaşadığı bacısı ilə danışmadığını və ailə toplantılarında belə bir yerdə olmadıqlarını söyləmişdi.

Qaynar.info