
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın təhlükəsizlik xidmətinin rəhbəri ölkədən qaçıb.
Qaynar.info xəbər verir ki, bu barədə "Ozodlik" (Azadlıq Radiosunun özbək xidməti) məlumat yayıb.
Təhlükəsizlik xidməti rəhbərinin adı açıqlanmır.
Kərimovlar ailəsinə yaxın olan mənbə bildirib ki, son 2-3 ayda Kərimovanın başının üzərində qara buludlar dolaşır və buna görə də, onun ətrafındakı adamlar ölkəni tərk etməyə başlayıb.
Mənbə həmçinin, bildirib ki, özbək prezidentinin böyük qızına məxsus bir neçə telekanalın (TV-Markaz, NTT и SOFTS) fəaliyyəti dayandırılıb. Onun sözlərinə görə, hazırda həmin telekanallarda ciddi yoxlamalar aparılır.
Qaynar.info