Xəbər lenti

Prezidentin xəyanət etdiyi jurnalist danışdı - FOTOLAR
Dünya05:16 23.11.2014

Prezidentin xəyanət etdiyi jurnalist danışdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti François Hollanddan qalmaqallı şəkildə ayrılan keçmiş sevgilsi Valeri Trierveyler İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib. Qaynar.info xəbər verir ki, fransız jurnalist prezidentdən ayrıldıqdan sonra yaşadıqlarını anladıb.
François Holland bu ilin yanvarında aktrisa Julye Qaye ilə münasibəti olduğu ortaya çıxdıqdan sonra 10 il birlikdə yaşadığı Valeri Trierveylerdən ayrılmışdı. O, ayrılıqdan sonra kitab yazaraq həm prezidentlə münasibətləri, həm də ayrılıqları barədə hər şeyi orda qeyd etmişdi.
Ayrıldıqdan sonra səssiz qalmayaraq hər şeyi anlatdığı üçün çoxları onu qınamışdı. Valeri Trierveyler "La Repubblica"ya müsahibəsində onu tənqid edənlərə cavab verib: "Biri çıxıb deyir ki, "aldadılan hər qadın kitab yazsa, dünyada meşə qalmazdı". Düz deyir. Amma başqa hansı bir qadın Fransa xəbər agentliyinə diqtə edilən 18 kəlimə ilə tərk edilir ki?" 
Maqazin dərgisi "Closer"ın François Hollandın şəkilini Julye Qayenin evinə girərkən çəkmiş və qalmaqal bundan sonra baş vermişdi. Valeri Trierveyler bu fotonu gördükdən sonra hiss etdiklərini anladıb: "Özümü bir göydələndən yerə düşmüş kimi hiss etdim. Onun Julye Qaye ilə münasibətdə olması barədə əvvəllər də söz-söhbət var idi. Amma o, gözlərimin içinə baxaraq uşaqlarının canına and içdikdən sonra inanmışdım".
Prezidentin ayrıldıqdan sonra onu yenidən geri çağırdığını bildirən keçmiş sevgilisi "Mənə "səni yenidən qazanacam" dedi. Sanki mən bir seçkiyəm kimi davrandı" deyib.
Qaynar.info