Xəbər lenti

Prezidentliyə keçmiş namizəd Baydenin “Ukrayna qalstukundan” qəzəbləndi
Dünya11:40 07.02.2024

Prezidentliyə keçmiş namizəd Baydenin “Ukrayna qalstukundan” qəzəbləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd Vivek Ramasvami ABŞ prezidenti Co Baydenin Ukrayna bayrağının rənglərində qalstuk taxmasından qəzəbləndiyini bildirib. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
"Bayden borcunu ödədiyimiz başqa ölkənin bayrağını taxıb, amma Zelenskinin onun maaşını ödəyən (ABŞ nəzərdə tutulur. – red.) ölkənin bayrağını daşıdığını heç vaxt görməmişik. Bu, əlaqənin xəstə psixologiyası haqqında çox şey deyir", - Ramasvami qeyd edib.
Bundan əvvəl Co Bayden "Ukrayna qalstuku” və "Ukrayna nişanı” taxaraq Ağ Evdə jurnalistlərlə görüşə çıxıb . O, izah edib ki, bu simvollardan Kiyevin indi düşdüyü "çıxılmaz vəziyyət” səbəbindən istifadə edib.
Alpər