Xəbər lenti

Prezidentliyə namizədlər üçüncü debata çıxdılar - VİDEO
Siyasət17:45 21.09.2013

Prezidentliyə namizədlər üçüncü debata çıxdılar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün  prezidentliyə namizədlər sayca üçüncü dəfə İTV-də canlı debatda olublar. 

"Qafqazinfo" xəbər verir ki, ötən debatda yaşanan gərginlik bu dəfə müşahidə olunmayıb. Keçən dəyirmi masada Müasir Müsavat Partiyasından namizədliyini irəli sürən Hafiz Hacıyevlə Milli Şuranın vahid namizədi arasındakı qalmaqaldan sonra Cəmil Həsənli bu dəfə digər həmkarı İqbal Ağazadə kimi altı dəqiqəlik efir vaxtından birbaşa istifadə edərək studiyanı tərk edib. 

Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən prezident İlham Əliyevin dəyirmi masada budəfəki təmsilçisi isə partiyanın icra katibinin müavini Siyavuş Novruzov olub. 

Xatırladaq ki, qeydə alınan prezidentliyə namizədlər aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev

2. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə,

3. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev

5. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

6. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə

7. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev

8. "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli

9. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov

10. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Prezident seçkiləri təbliğat-təşfiqat kampaniyası ilə əlaqədar namizədlərin İctimai TV-nin "Xalq Seçir" verilişindəki növbəti debatın kadrlarını təqdim edirik: