Xəbər lenti

Pribaltika səmasını ABŞ-ın qırıcı təyyarələri qoruyacaq
Dünya13:10 03.01.2014

Pribaltika səmasını ABŞ-ın qırıcı təyyarələri qoruyacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu təyyarələr Litvanın Zoknyay hərbi bazasında məskunlaşıb

Bu gündən etibarən Pribaltika səmasını ABŞ-a məxsus 4 dənə "F-15" qırıcı təyyarəsi qoruyacaq.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Litvanın müdafiə nazirliyi yayıb. Qeyd edək ki, bu vaxtadək Pribaltika səmasını Belçikanın 4 dənə "F-16" qırıcı təyyarəsi qoruyurdu. 

Xatırladaq ki, 2012-ci ilin fevralında NATO Pribaltika səmasını qorumaq üçün qərar qəbul etmişdi. Pribaltika səmasını qoruyan qırıcı təyyarələr Litvanın Zoknyay hərbi bazasında məskunlaşıb.

Qaynar.info