Xəbər lenti

Prokuror 21 il əvvəl ölən prezidentdən üzr istədi
Dünya14:43 26.11.2014

Prokuror 21 il əvvəl ölən prezidentdən üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Türkiyənin sabiq prezidenti Turqut Özala süi-qəsd edilməsi iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Qaynar.info xəbər verir ki, məhkəmə Levent Ersözə bəraət verib.
Məhkəmənin sonunda dövlət ittihamçısı İsmayıl Şafak Turqut Özaldan üzr istəyib: "Türkiyə Cumhuriyyətində çox önəmli vəzifələri tutmuş, iki dəfə baş nazir olmuş, prezidentliyi dövründə vəfat edən Turqut Özalın çox önəmli və cığıraçan xidmətləri qarşıığında dəqiq ölüm səbəbinin müəyyənləşməməsi, xəstəlik nəticəsində və ya mənfur bir süi-qəsd səbəbindən ölməsi xəstələndikdən ölümünə qədər edilən inzibati səhvlər üzündən müəyyənləşməyib. Turqut Özalın xəstəlik səbəbindən deyil, mənfur bir süi-qəsd nəticəsində öldürülb-öldürülmədiyi müəyyənləşdirmək zamanında cənazəsi məhkəmə tibbi ekspertizasından keçirilməməsi və məruhmdan lazım olan nümunələr götürülməməsi, dəlillərin itməsinə səbəb olan səhlənkarlıqlar üzündən ortaya çıxarılmayıb. Mərhum prezidentin ölüm səbəbi üzə çıxarılmadığından Turqut Özala Allahdan rəhmət, bir ədalət təmsilçisi olaraq bizi əfv etməsini diləməkdən başqa söylənəcək söz qalmayıb".
Qeyd edək ki, Turqut Özal 1993-cü ilin 17 aprelində vəfat edib. 
Qaynar.info