Xəbər lenti

Prokuror Quranı yandıran rusiyalıya 3,5 il həbs istədi
Dünya09:06 20.02.2024

Prokuror Quranı yandıran rusiyalıya 3,5 il həbs istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prokuror Quranı yandırmaqda təqsirləndirilən Nikita Juravel üçün 3,5 il həbs istəyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nikita Juravel dindarların hisslərini təhqir etməkdə (Rusiya Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2-ci hissəsi) və dini nifrətdən irəli gələn xuliqanlıqda (213-cü maddənin 2-ci hissəsi) ittiham olunur.
İstintaqın məlumatına görə, 2023-cü ilin mayında 19 yaşlı rusiyalı Volqoqradın Povorinskaya küçəsindəki məscidin ərazisində müsəlmanların müqəddəs kitabını yandırıb, onun  hərəkətlərini telefonla lentə alıb və videonu Telegram kanalında yayımlayıb. Daha sonra gənc saxlanılıb.
İstintaq Juravelin Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyini iddia edir. İnternetdə yayımlanan videoda divara söykənərək gənc oğlan etdiyi hərəkətə görə 10 min rubl aldığını bildirib.
Mayın 27-də Juravel Volqoqraddan köçürülərək Qroznı istintaq təcridxanasına aparılıb. Volqoqradda universitetdə oxuyub.
Alpər