Xəbər lenti

Prokurorun qətlində şübhəli bilinən şəxs həbs olundu
Dünya04:43 15.06.2013

Prokurorun qətlində şübhəli bilinən şəxs həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pakistanın ən məşhur prokuroru Çodri Zülfüqar Əlinin qətlində şübhəli bilinən Abdulla Ömər adlı şəxsin həbs olunduğunu bildirib.

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, prokuror motosikletdə hərəkət edən qatillərin hücumu nəticəsində ölümcül yaralanıb və xəstəxanada keçinib.

Zülfüqar Əlinin qətli ölkədə parlament seçkilərinin keçirilməsinə cəmi iki həftə qalmış baş verib. Saxlanılan Abdulla Ömər xəstəxanada həbs olunub. O, hücum zamanı prokurorun cangüdənləri tərəfindən açdığı atəş nəticəsində onurğa sümüyündən güllə yarası alıb və xəstəxanaya müraciət edib.  

 Qeyd edək ki, Çodri Zülfüqar Əli həmçinin Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun qətlinin araşdırılması ilə məşğul olub.