Xəbər lenti

Prorektor: "Tələbə yoldaşlarınızı bizə şikayət etməyin, mümkünsə öldürün"
Dünya11:45 31.12.2018

Prorektor: "Tələbə yoldaşlarınızı bizə şikayət etməyin, mümkünsə öldürün"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanda Uttar Pradeş əyalətində yerləşən Vir Bahadur Sinx Purvançal Dövlət Universitetinin prorektoru Raca Ram Yadav tələbələrə qeyri-adi çağırış edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, aralarında mübahisə düşən tələbələrə yoldaşlarını rektorluğa şikayət etməmələrini söyləyib.
"Əgər bu universitetin tələbəsisinizsə, mənə heç vaxt şikayət üçün müraciət etməyin. Mübahisə etdiyiniz tələbə yoldaşlarınızı döyün, mümkünsə öldürün. Biz daha sonra bu məsələyə baxarıq", - deyə o, bildirib.
Bu açıqlamasına görə prorektor sərt tənqidlərə məruz qalıb.
Uttar Pradeş əyalətinin Nazirlər Kabinetinin üzvü Sidhart Nat Sinx məsələyə münasibət bildirib:
"Bu yanlışdır. Yadav belə məsləhət verə bilməz. Tələbələrə barışı öyrətməlidir. Belə bir düşüncəyə sahib birinin bu universitetdə qalma haqqı yoxdur. Ümid edirəm ki, barəsində lazımi tədbirlər görüləcək".