Beş il əvvəl Britaniya krallıq ailəsindəki vəzifələrindən imtina edib ABŞ-a köçən Sasseks hersoqu Harrinin həyatında gözlənilməz təhlükələr baş qaldırıb.
Qaynarinfo xəbər verir ki, o və həyat yoldaşı Meqan Markl yeni həyatlarında arzuladıqları sakitlik və təhlükəsizliyi tapa bilməyiblər. Hazırda Harrinin ən böyük narahatlığı ailəsinin təhlükəsizliyidir.
Krallıq imtiyazları arxada qaldı, qorxu isə böyüyür
Britaniyada olduğu dövrlərdə dövlətin təmin etdiyi mühafizə hüququndan istifadə etmək istəyən Harri bu səbəbdən məhkəmə iddiası da qaldırmış, lakin uduzmuşdu. O, bu prosesin sonunda verdiyi açıqlamada "Artıq arvadımı və uşaqlarımı Britaniyaya gətirəcəyimə inanmıram" demişdi.
Başlarda bəziləri bu fikri gülünc saysa da, təhlükəsizlik üzrə ekspertlər Harrinin qorxularının əsassız olmadığını bildirirlər. Mütəxəssislərin sözlərinə görə, Harri Meqan Markl və övladları Arçi ilə Lilibetin adları terror təşkilatlarının istifadə etdiyi gizli və şifrlənmiş internet kanallarında dövr edir. Onlar bu qruplar üçün həm simvolik, həm də əməli baxımdan "qiymətli hədəf" sayılır. Bu səbəbdən onların oğurlanması və ya hücuma məruz qalması real təhlükə kimi dəyərləndirilir.
Radikallar, çılğınlar və izləyicilər: hədəfdə onlar var
Digər tərəfdən, Sasseks ailəsini təqib edən saplantılı şəxslərin də sayı az deyil. Təhlükəsizlik mütəxəssisləri bu təhdidi "qırmızı həyəcan səviyyəsi” kimi qiymətləndirirlər. Krallıq məsələləri üzrə ekspert Dunkan Larkomb da bu narahatlıqlarla razılaşdığını bildirərək "təhlükə gerçəkdir” deyib.
O, əlavə edib: "Radikal elementlər, çılğınlar və terrorçular Harrilərə qarşı yönəlmiş bir hərəkəti simvolik anlam daşıyan bir əməl kimi görürlər. Bu, onların real həyatda qarşı-qarşıya olduqları bir təhlükədir. Bütün bunlar paranoyak qorxular deyil”.
Britaniyaya qayıdış mümkünsüz görünür
Artıq dövlət tərəfindən qorunmayan Harrinin ailəsini Britaniyaya gətirməsi ehtimalı xeyli azalıb. Özəl mühafizə xidməti tutsalar belə, bu, dövlətin təmin etdiyi müdafiənin yerini tutmur. Larkomb bildirir ki, Harrinin çalışa biləcəyi şəxsi mühafizəçilər sabiq ordu üzvləri ola bilər, lakin onların İngiltərənin kəşfiyyat və polis sistemlərinə çıxışı yoxdur. Məhz bu səbəbdən Harrinin təhlükəsizlik baxımından əvvəlki səviyyədə qorunması artıq mümkün deyil.
Keçmişin travması bu günə təsir edir
Məlumata görə, Harri anası Diananın 1997-ci ildə Parisdə bir paparassinin təqibi zamanı baş verən avtomobil qəzasında həyatını itirməsinin psixoloji təsirindən hələ də xilas ola bilməyib. O düşünür ki, əgər anası dövlətin rəsmi qoruması altında olsaydı, bu qəza baş verməzdi. Harrini indi də oxşar bir hadisənin ailəsinin başına gələcəyi qorxusu narahat edir.
Təhlükə ciddidir, qorunma isə qeyri-müəyyən
Sasseks ailəsinə yaxın mənbə bildirib ki, uyğun qoruma təmin edilmədikcə Harri həyat yoldaşı və uşaqlarını Britaniyaya gətirmə riskini ala bilməz. Bu təhdidlər konkret və qorxuncdur. Hazırda Harri yalnız şəxsi vəsaiti hesabına təhlükəsizlik xidməti təşkil edə bilər, lakin bu, Britaniya dövlətinin təklif etdiyi müdafiənin yerini tutmur.
Aydın
Şərhlər