Xəbər lenti

PUA-lar Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu (VİDEO)
Video 10:49 03.03.2025

PUA-lar Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu (VİDEO)

Martın 3-nə keçən gecə zərbə pilotsuz uçuş aparatları Rusiyada, Ukrayna sərhədindən 1500 kilometrdən çox uzaqlıqda yerləşən Ufa neft emalı zavoduna (NEZ) hücum edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko və Rusiya Telegram kanalları məlumat yayıb.  

Rusiyadakı Telegram kanallarında yayılan məlumata görə, Ufa NEZ ərazisində partlayış yerli vaxtla 02:38-də baş verib.  

Rusiyanın SHOT Telegram kanalı bildirib ki, NEZ-də baş verən yanğın 100 kvadratmetr ərazini əhatə edib.  

Kovalenko qeyd edir ki, Ufa NEZ Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Bir neçə müəssisədən ibarət olan bu neft emalı kompleksinin ümumi gücü ildə təxminən 20 milyon ton neft təşkil edir:  

"Ufa Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir. Ümumi emal həcminə görə Başqırdıstan regionu ölkənin ən iri beş neft emalı mərkəzi arasına daxildir. NEZ Rusiya ordusu üçün strateji əhəmiyyət daşıyır, çünki silahlı qüvvələri yanacaqla təmin edən müəssisələr qrupuna daxildir".  

Başqırdıstan rəhbəri hələlik respublikadakı vəziyyətlə bağlı heç bir şərh verməyib.  

Eyni zamanda, rusiyalı təbliğat mediası səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə istinadən yazıb ki, Ufadakı NEZ-də yanğının ilkin səbəbi guya "texnoloji proseslər" olub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->