Xəbər lenti

Pulitzer mükafatının qalibləri müəyyənləşdi
Dünya10:23 16.04.2019

Pulitzer mükafatının qalibləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pulitzer Mükafatının 2019-cu il qaliblər müəyyənləşib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, "Capital Gazette"nin ötən il silahlı hücumda qətlə yetirilən 5 əməkdaşı - Con Maknamara, Vendi Vintəs, Rebekka Smiz, Cerald Fişmen və Rob Hiasen mükafata layiq görülüb. 
"New York Times" və "Wall Street Journal" ABŞ prezidenti Donald Trampla əlaqədar aparılan təhqiqat işindəki roluna görə "Pulitzer"ə layiq görülüb. Myanmada Rohinca müsəlmanlarının məruz qaldığı soyqırımı işıqlandırdıqları üçün həbs edilən "Reuters" agentliyinin 2 əməkdaşı qaliblər arasında yer alıb. "Washington Post", "Pittsburgh Post-Gazette" və "South Florida Sun Sentinel" media qurumlarına da mükafatlar təqdim edilib.
Gülşən