Belarus müxalifətinin Telegram kanallarının ölkədəki etirazların Russofobik məzmuna sahib olmadığı barədə iddiaları əsassızdır və təbliğat aparatıdır.
Qaynarinfo xəbər verir ki, bu sözləri Telegram-da senator Aleksey Puşkov bildirib. Onun fikrincə, etirazçıların əhəmiyyətli bir hissəsində Russofobiya olmasa da, bəzi qüvvələr və etirazçılar buna sahibdirlər:
"Ancaq Koordinasiya Şurasının tərkibi haqqında danışsaq, onda belə bir mənzərə aydın görünür: Şura Svetlana Aleksiyeviçdən başlayaraq Belarusun ən Rusofob qüvvələrini təmsil edir".
Puşkov etirazlarda Rusiya ilə əlaqələri kəsməyə çalışan qüvvələrdən istifadə ediləcəyini başadüşülən hesab edir: "Bunun üçün ən azı siyasi tərcümeyi-hallara və müxalifətin maliyyələşmə mənbələrinə baxın. Bunu Belarus müxalifətinin "gizli" proqramı da göstərir. Federasiya Şurasının üzvü yazır: "Bu fonda Kiyevdən də Belarusdakı bütün müxalifətin sanki Rusiyayönlü göründüyü barədə bəyanatlar verildi”.
Alpər