"ABŞ nüvə qüvvələrini inkişaf etdirməyə davam edir, lakin bu, onun yaxın gələcəkdə nüvə müharibəsi başlamaq niyyətində olması demək deyil".
Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1” və "RİA Novosti”yə müsahibəsində deyib.
Putin qeyd edib ki, həm Rusiya, həm də ABŞ nüvə üçlüyünə malikdir, lakin eyni zamanda Rusiya üçlüyünün daha müasir olduğunu vurğulayıb.
"İndi onlar öz qarşılarına nüvə imkanlarını müasirləşdirmək, onları daha müasir və səmərəli etmək vəzifəsi qoyurlar. Bizim də bununla bağlı anlayışımız var. Biz həmçinin nüvə qüvvələrimizin bütün komponentlərini inkişaf etdiririk. Lakin bu o demək deyil ki, onlar sabah nüvə müharibəsinə başlamağa hazırdırlar. Bəlkə də bunu etmək istəyirlər, amma biz də hazırıq", deyə prezident vurğulayıb.
Putin həmçinin bildirib ki, Rusiya ölkənin suverenliyini və müstəqilliyini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır. O qeyd edib ki, Rusiyanın nüvə silahından istifadə şərtləri onun Milli Təhlükəsizlik Strategiyasında açıqlanıb.
Aydın