Xəbər lenti

Putin Bəşər Əsədi təbrik etdi - Palmiraya görə...
Dünya18:00 27.03.2016

Putin Bəşər Əsədi təbrik etdi - Palmiraya görə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədi Palmiranın azad edilməsi münasibəti ilə təbrik edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bəşər Əsədə zəng edən Rusiya prezidenti tarixi şəhər olan Palmiranın İŞİD terrorçularının işğalından azad edilməsinin dünya tarixi mirası baxımından önəmli olduğunu bildirib.     
Həmçinin Peskov bildirib ki, telefon danışığı zamanı Əsəd “Rus Hava Qüvvələrinin verdiyi dəstəyi yüksək qiymətləndirib və Palmiranın geri qaytarılmasında Rusiyanın əvəzsiz rol oynadığını diqqətə çatdıraraq Putinə öz təşəkkürünü bildirib”.
Palmiranın geri qaytarılmasını böyük uğur adlandıran Əsəd “əldə edilən son nəticə Suriya ordusu və onun müttəfiqlərinin terrorla mübarizdədə nə qədər təsirli olduğunu göstərdi” deyə əlavə edib.
Suriya ordusu təxminən bir ildir ki, İŞİD terror təşkilatı tərəfindən tutulan Palmira şəhərini terrorçulardan tamamilə azad edib.  Suriya hökümət qüvvələri tərəfindən verilən açıqlamada, qədim şəhər hesab edilən Palmiranın geri alındığı və terror təşkilatı üzvlərinin geri çəkildiyini bildirilir: “Bölgədə gecə boyu şiddətli döyüşlər davam edib və Suriya ordusu Palmira ilə yanaşı ətraf tarixi yerləri də azad edib.  Hazırda Rəqqa və Deyr Əz-Zoraya  geri çəkilən İŞİD yaraqlılarının təqibi davam etdirilir”, - deyə hökümətdəki mənbə bildirib.
Palmira UNESCO tərəfindən qorunan Dünya İrsi siyahısına daxil edilmiş qədim şəhərdir. 
Qaynar.info