Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonuna kimi Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.
Publika.az xəbər verir ki, bu haqda Livanın “As Safir” qəzeti yazıb.
Məlumata görə, Türkiyə və Suriya prezidentlərinin görüşü 18-22 sentyabr aralığında olacaq. Nəşrin iddiasına görə, Türkiyə prezidenti avqustun 9-da Sankt-Peterburqa səfəri zamanı Suriya nümayəndə heyəti Moskvada olub.
Nəşr yazıb ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan görüşün detallarını müzakirə etmək üçün sentyabrın 10-da və ya 15-də Dəməşqə səfər edəcək.
Qaynarinfo.Az