Dünya 12:30 30.06.2022

Putin Finlandiya və İsveçi hədələdi

NATO Finlandiya və İsveçin hərbi alyansa qoşulmasından sonra bu ölkələrdə qoşun və infrastruktur yerləşdirərsə, Rusiya buna cavab verəcək.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
 
O həmçinin qeyd edib ki, Rusiyanın İsveç və Finlandiya ilə problemi yoxdur. "Ancaq onlar başa düşməlidirlər ki, əvvəllər heç bir təhlükə olmayıb, indi isə hərbi kontingentlər və infrastruktur ora yerləşdirilsə, biz eyni cür cavab verməli və bizə qarşı təhlükələrin yarandığı ərazilər üçün eyni təhlükələri yaratmalı olacağıq”,- deyə Putin bildirib. Onun sözlərinə görə, Moskvanın Helsinki və Stokholmla münasibətlərinin onların NATO-ya üzvlüyündən sonra korlanması qaçılmazdır."Aramızda hər şey yaxşı olub, amma indi bəzi gərginliklər ola bilər, mütləq olacaq. Bizim üçün təhlükə yaranarsa, bu qaçılmazdır”,- Putin deyib. 
 
Nurlan Hüseynov