Xəbər lenti

Putin jurnalistə görə iki generalı işdən çıxardı
Dünya11:54 13.06.2019

Putin jurnalistə görə iki generalı işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin jurnalist İvan Qolunovun həbsinə görə 2 polis generalını vəzifədən azad edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Həmin generallar Andrey Puçkov və Yuri Devyatkindir.
Qeyd edək ki, İvan Qolunova qarşı 6 iyunda külli miqdarda narkotik maddənin qanunsuz satışı ittihamı irəli sürülmüşdü. 36 yaşlı jurnalist əleyhinə atılmış bu addım narazılıqla qarşılanmış, böyük səs-küyə səbəb olmuşdu. Jurnalistin ölkədəki vəzifəli şəxslərin korrupsiyada iştirakına dair yazılarına görə cəzalandırıldığı bildirilirdi. 
İyunun 11-də İ.Qolunova qarşı ittihamlar aradan qaldırılıb və o azadlığa buraxılıb.
Gülşən