Xəbər lenti

Putin mitinqlərin xaricdən maliyyələşdirilməsini qadağan etdi
Dünya12:17 30.12.2020

Putin mitinqlərin xaricdən maliyyələşdirilməsini qadağan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
RF prezidenti Vladimir Putin parlament tərəfindən qəbul edilən və kütləvi aksiyaların xarici maliyyələşdirilməsini qadağan edən və təşkilatçıların maliyyə mənbələri barədə hesabat vermək məcburiyyətini tətbiq edən qanunu imzalayıb.
Qaynarinfo xəbər verir ki, yeni qanuna görə, vətəndaşlığı olmayan şəxslər, xarici agentlər, Rusiya Federasiyasının 16 yaşına çatmamış vətəndaşları, adları açıqlanmayan şəxslər, "bir yaşına çatmayan" hüquqi şəxslər və qeydiyyata alınmamış ictimai birliklər hesabına kütləvi tədbirlərin təşkili də qadağandır.
Sənəddə təşkilatçıya aksiya barədə razılığa gəldikdə, vəsaitin alındığı hesabı göstərmək öhdəliyi nəzərdə tutulur. Aksiyada iştirak edənlərin sayı 500 nəfərdən çoxdursa, toplanan vəsaitin xərclənməsi barədə hesabat vermək lazımdır.
Alpər