Xəbər lenti

Dünya 22:35 07.09.2022

Putin Muratov və Obamaya “Nobel” verilməsindən danışdı: “O, sülh üçün neynəyib ki?”

Nobel Komitəsi sülh mükafatının əhəmiyyətini aşağı saldı, baxmayaraq ki, bu mükafatı alan ruslar üçün sevinməyə dəyər. 

Qaynarinfo Rosblat-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Xatırladaq ki, 2021-ci ildə Nobel Sülh Mükafatı laureatının diplom və medalını "Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov alıb.

"Vətəndaşımızın Nobel Sülh Mükafatını almasından çox məmnunuq. Amma mənim fikrimcə, Nobel Komitəsi bu humanitar sahədə Nobel mükafatlarının əhəmiyyətini heç edib və qiymətdən salıb”, - Putin bildirib.

O, həmçinin ABŞ-ın keçmiş prezidenti Barak Obamaya verilən "Nobel”in də ədalətli olmasını şübhə altına alıb. Dövlət başçısının sözlərinə görə, Nobel Sülh Mükafatı çox vaxt siyasi konyunktura əsasında verilir.

Putin fikir ayrılıqlarına baxmayaraq, bütün həmkarları ilə yaxşı davrandığını vurğulayıb.
 
"Bəs niyə ona Nobel mükafatı laureatı verdilər? Mən heç vaxt bu barədə danışmamışam, amma siz məni bunu deməyə məcbur edirsiniz. O, sülh sahəsində, sülhün müdafiəsi üçün nə edib? Dünyanın bəzi regionlarında bu prezidentin apardığı savaşlarımı nəzərdə tuturam? Söhbət nədən gedir bəs?” - Putin bildirib.

Rusiya Federasiyasının prezidenti qeyd edib ki, bu cür qərarlar onları qəbul edənləri "hörmətdən salır”.

Xatırladaq ki, Nobel Sülh Mükafatı laureatı, "Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun medalı "Heritage” hərracında 103,5 milyon dollara satılıb. Bildirilir ki, onun satışından əldə olunan bütün pullar UNICEF-in beynəlxalq fonduna köçürüləcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->