Xəbər lenti

Putin Pekində Tokayevlə görüşmək imkanından məhrum edildi
Dünya10:42 31.01.2022

Putin Pekində Tokayevlə görüşmək imkanından məhrum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Olimpiya Oyunlarının açılışında tətbiq edilən sanitar məhdudiyyətlər Vladimir Putinin digər qonaqlarla, o cümlədən Qazaxıstanın rəhbəri Qasım-Jomart Tokayevlə görüşməsinə imkan verməyəcək. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, təşkilatçılar "hətta açılış mərasiminin qonaqlarının hərəkəti ilə bağlı” "çox sərt məhdudiyyətlər” tətbiq ediblər. "Onlara bir-biri ilə görüşmək çox çətin olacaq", - Kreml spikeri deyib.
O təsdiqləyib ki, "Putin Pekində heç bir ikitərəfli görüş planlaşdırmır”, lakin Tokayevin "çox yaxında” Rusiyaya səfəri gözlənilir.
"Biz səfərin fevralda baş tuta biləcəyini hesab edirik", - Peskov bildirib.
Alpər