ABŞ-ın Moskvadakı səfirliyi Amerika vətəndaşlarına Rusiyanı dərhal tərk etməyi tövsiyə edib. Səbəb Vladimir Putinin fərmanı ilə elan edilən qismən səfərbərlikdir.
Qaynarinfo bu barədə Kommersant-a istinadla xəbər
verir.
Səfirlik bildirib ki, Rusiya ikili vətəndaşların ABŞ vətəndaşlığının tanınmasından imtina edə və onların Rusiyanı tərk etməsinə mane ola bilər, həmçinin onları hərbi xidmətə çağıra bilər.
"ABŞ vətəndaşları Rusiyaya səyahət etməməlidirlər, Rusiyada yaşayan və ya səyahət edənlər isə məhdud kommersiya səyahət imkanları qaldığı bir vaxtda Rusiyanı dərhal tərk etməlidirlər”, - missiyanın saytında deyilir.
ABŞ səfirliyi izah edib ki, onun Amerika vətəndaşlarına kömək etmək imkanları ciddi şəkildə məhduddur və "şərtlər, o cümlədən nəqliyyat variantları qəfildən daha da məhdudlaşa bilər".
"Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez təkbaşına hərəkətə keçməlisiniz", - diplomatik nümayəndəlik çağırıb.
Bundan əvvəl Polşa, Estoniya və Bolqarıstan öz həmvətənlərinə oxşar müraciətlər edib, Latviya isə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.
Alpər