Xəbər lenti

Putin Şolz və Makrona DXR və LXR-in tezliklə tanınacağını bildirdi
Siyasət19:01 21.02.2022

Putin Şolz və Makrona DXR və LXR-in tezliklə tanınacağını bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı yaxın vaxtlarda qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınması haqqında fərmanı imzalamağa hazır olduğunu açıqlayıb.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, Şolz və Makron hadisələrin bu nəqtəyə gəlməsindən məyus olduqlarını vurğulayıblar. Eyni zamanda, Avropa liderləri diplomatik əlaqələri davam etdirməyə hazır olduqlarını bildiriblər. 
Bundan əvvəl Rusiya prezidenti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasını keçirib və iclasda Təhlükəsizlik Şurasının bütün üzvləri qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyinin tanınmasının lehinə çıxış ediblər. Avropa İttifaqında isə öz növbəsində DXR və LXR-in tanınacağı təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyiblər.