Xəbər lenti

Putin ukraynalı məhbusları bağışladı - FOTO
Dünya17:06 14.06.2016

Putin ukraynalı məhbusları bağışladı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident Vladimir Putin Rusiya həbsxanasında saxlanılan ukraynalı məhbuslar - Afanasyev Qennadiya Serqeyviçlə Soloşenko Yuriya Daniloviçin əfv olunması barədə fərman imzalayıb.

Qafqazinfo-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Fərmanda qeyd olunur ki, 2014-cü ilin dekabrında Moskva məhkəməsi tərəfindən həbs olunan Afanasyev Qennadiya Serqeyviç və 2015-cil in oktyabrında həbs olunan Soloşenko Yuriya Daniloviç azadlığa buraxılsın.

Kremldən bildirilib ki, Ukrayna vətəndaşlarının əfv olunması insan humanistliyinə əsaslanır.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi "Borispol" hava limanında enib. Bu barədə Ukrayna prezidenti Petro Poroşenko söyləyib. O, bu gün Afanasyev və Soloşenko ilə görüş keçirməyi planlaşdırır.

Qaynarinfo.az