Xəbər lenti

Dünya 16:00 19.01.2024

Putin xaricdə Rusiya imperiyasının əmlakının tapılmasını tapşırdı

Rusiya prezidenti Vladimir Putin SSRİ və Rusiya imperiyası dövründə Rusiyaya məxsus xarici daşınmaz əmlakın axtarışı, qeydiyyatı və hüquqi müdafiəsi üçün vəsait ayrılması haqqında fərman imzalayıb. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, sənədə əsasən, bu məsələ ilə Prezident Administrasiyası və Rusiya Xarici İşlər Nazirliyi məşğul olacaq.

Bu məqsədlər üçün subsidiya Rusiya Prezidenti Administrasiyasının tərkibində olan Xaricdə əmlakın idarə edilməsi müəssisəsinə yönəldiləcəkdir. Ayrılan vəsait "Rusiya Federasiyasının, keçmiş Rusiya İmperiyasının, keçmiş SSRİ-nin daşınmaz əmlakının axtarışı, hüquqların düzgün qeydiyyatı və bu əmlakın hüquqi müdafiəsi” ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Avropa İttifaqı ölkələri Avropa Komissiyasının dondurulmuş Rusiyanın 300 milyard dollarlıq aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın maraqları üçün istifadə edilməsi təklifini həyata keçirməyə başlayıb. Ukrayna prezidenti Volodimir Zelenski bu təşəbbüsü dəstəklədiyini bildirib və bunu "ədalətli və qanuni” addım, eləcə də dünyada potensial təcavüzkarlara siqnal kimi qiymətləndirib.

Bu hərəkətlərə cavab olaraq Rusiya rəsmiləri mümkün hüquqi proseslərlə hədələyiblər və Rusiyanın aktivlərinin müsadirə olunacağı təqdirdə eyni cavab vəd ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml müsadirə cəhdini "açıq-aşkar oğurluq” kimi qiymətləndirir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->