Xəbər lenti

Putin Yanukoviçin yerlilərini acından öldürür
Dünya16:53 11.09.2014

Putin Yanukoviçin yerlilərini acından öldürür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Birliyi sentyabrın 12-də Rusiyaya sanksiyalar paketi tətbiq edəcək 

Qaynar.info-nun Musavat.com-a istinadən verdiyi xəbərə görə, sentyabrın 11-də Donbasdan həyəcanlı xəbərlər gəlməkdə davam edib. Şəhərdə çalışan valantyorların dediyinə görə, əyalətdə ciddi ərzaq qıtlığı yaranıb, aclıqdan ölənlər var. Volontyor Natalya Kirkaçın verdiyi xəbərə görə, şəhərin yaşayış binalarında ölən yaşlı və kimsəsiz insanlar tapılıb. Könüllülər onları dəfn edib. 

 Sentyabrın 10-da Rusiya Ukrayna cəbhəsinə dəfələrlə atəşkəsi pozsa da Ukrayna Ordusu itki verməyib. Bu haqda Ukrayna Müdafiə Nazirliyinin yaydığı xəbərdə bildirilir.Ukrayna kəşfiyyatı isə Rusiyanın yaxın günlərdə Donetskdə yeni təxribat hazırlaması haqqında informasiya əldə edib. Müdafiə Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, Rusiya hazırlıq işlərinə başlayıb və təxribatın gecə saatlarında həyata keçiriləcəyi gözlənilir. 

 Qərb isə Rusiya ilə hələlik kağız üzərində savaşır. Cümə günü Avropa Birliyi ölkələri Rusiya Federasiyasına yeni sanksiyalar paketi tətbiq etməyə hazırlaşır. Ukraynanın Unian.net xəbər saytı bu haqda informasiyanı diplomatik qaynaqlardan aldığını yazır. Avropa Birliyi ölkələri Rusiya Donbasda geniş hərbi əməliyyatlara başlayandan sonra belə bir qərar qəbul edib. Unian.net yazır ki, Avropa Birliyi ölkələri Rusiyaya sanksiya tətbiq edilməsi məsələsində yekdil olmayıb. Rusiya ilə geniş iqtisadi münasibətləri olan ölkələr bundan ziyan görəcəklərini bildirərək qərarın əleyhinə olduqlarını açıqlayıb. Ancaq müzakirələrin gedişində ortaq fikrə gəlmək mümkün olub. 

Yada salaq ki, bir neçə gün öncə Almaniya kansleri Angela Merkel bu haqda açıqlama vermişdi. Xanım Merkel bildirmişdi ki, iqtisadiyyatların Rusiyaya sanksiya tətbiq etməsindən dəyən ziyan Rusiyanın təcavüzkar siyasətinin davam etməsi ilə ehtimal olunan ziyandan dəfələrlə az olduğu üçün dövlətlər sanksiyaları dəstəkləməlidirlər. Bu səbəbdən ehtimal olunur ki, məsələnin müzakirəsi zamanı qərara etiraz edən Avropa Birliyi dövlətlərini Almaniya kansleri sanksiyaların tətbiqinə razı sala bilib. 

 Xəbər qaynaqları bildirdi ki, yaxın saatlarda Avropa Birliyinin prezidenti Herman Van Pompey bu haqda rəsmi açıqlama verəcək. Bloomberg agentliyinə mövqelərini açıqlayan bir sıra ölkələrin diplomatları isə qərarın effekt verəcəyinə əmin olmadıqlarını bildiriblər. Diplomatlar deyib ki, sanksiyaların tətbiqi Kremlin aqressiyasını daha da artıra bilər. Bəzi diplomatlar isə Rusiyanın sanksiyalar qüvvəyə minənə kimi atəşkəs rejimini birtərəfli qaydada pozacağından narahatdır. 

Sanksiyaların mahiyyətinə gəlincə, hələlik bu haqda açıqlama verilmir.

Qaynar.info