Xəbər lenti

Putindən Krımla bağlı daha bir sensasion açıqlama
Dünya11:47 18.03.2014

Putindən Krımla bağlı daha bir sensasion açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İnsanların şüurunda Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub”

İnsanların şüurunda Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub.

APA-nın məlumatına görə, bunu Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, 1917-ci ildən sonra bolşeviklər Rusiyanın cənubundakı ərazilərin xeyli hissəsini Ukrayna SSR-nin tərkibinə daxil ediblər.

“Bu, yerli sakinlərin milli tərkibi nəzərə alınmadan edilib. Müvafiq qərarı SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşov verib. Bizim üçün vacib odur ki, bu, o vaxtkı qanunların pozulması idi. O vaxt Krımdakı insanları fakt qarşısında qoydular”.

Putin həmçinin Krım tatarları ilə bağlı məsələyə toxunub. O qeyd edib ki, tarixboyu onlara qarşı ədalətsiz davranıblar. “Düşünürəm ki, Krımda 3 rəsmi dil – rus, Ukrayna və Krım-tatar dili olsa, bu daha məqsədəuyğun olardı”.

Qaynar.info