Sovet İmperiyasının İkinci Dünya Müharibəsində faşizm üzərində qələbəsinin 75-ci ildönümündə Rusiyanın nəzarəti altındakı bir çox ərazilərə Stalinin adının verilməsi qərara alınıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu bölgələrdən biri Cənubi Osetiyanın Tşinvali şəhəridir. Bölgə lideri Anatoli Bibilov yeni qərara əsasən şəhərin 9 may - 22 iyun tarixləri arasında Stalin dövründə olduğu kimi "Stalinir" adlandırılacağını bildirib.
Ukraynanın şərqində yerləşən və 6 aydır Rusiyanın nəzarətdə saxladığı Donetsk və Luqansk vilayətləri də bənzər qərar qəbul edib. Donets administrasiyası şəhərin mərsim boyunca "Stalino", Luqansk administrasiyası isə Luqanskın o zaman sovet ordusunu komandiri Voroşilovun şərəfinə qoyulmuş "Voroşilovqrad" olaraq adlandırılacağını açıqlayıb.
Qeyd edək ki, ötən günlərdə Rusiyada SSRİ lideri haqda sorğu keçirilmiş və iştirakçıların 70 faizi ona rəğbət bəslədiklərini, 50 faizi isə Stalinin etibarının geri qaytarılmalı olduğunu bildirmişdilər.
Camal