Dünya 11:34 10.06.2022

Putinin “I Pyotr çıxışından” sonra Fin prezident İsveç kralıyla şam yeməyini təxirə saldı, təcili adanı tərk etdi

Britaniyanın gündəlik tabloid "Daily Mail” qəzetinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin gənc sahibkarlarla görüşündə cari hadisələrlə I Pyotr dövrü arasında paralel apardığı çıxışı Rusiya Federasiyasından kənarda gözlənilməz nəticələr verib.

Qaynarinfo bu barədə MK.ru-ya istinadla xəbər verir.

Nəticələri isə belədir: Finlandiya prezidenti Sauli Niinisto və həyat yoldaşı Cenni Haukio Aland adalarında (Finlandiyanın isveçdilli hissəsi, Botniya körfəzinin ağzında yerləşir) muxtariyyətin 100-cü ildönümü qeyd etmək üçün səfərdə olub. Məlum çıxışdan sonra onlar helikopterlə evlərinə qayıdıblar.

Prezident cütlüyünün İsveç kralı XVI Karl Qustaf və kraliça Silviya ilə şam yeməyi planlaşdırılsa da, şam yeməyi təcili olaraq ləğv edilib.

Rus həmkarının "I Pyotr İsveçdən heç nə almadı, ancaq öz ərazilərini geri qaytardı” sözləri Finlandiya liderinin güclü qəzəbinə səbəb olub.

"Bizim də öhdəliyimizə geri qaytarmaq və güclənmək düşdü", - deyə Putin vurğulayıb və əlavə edib ki, "Rusiyanın mövcudluğunun əsasını bu baza dəyərlər təşkil edir".
 
Alpər