31 mart çərşənbə günü "Rusiya" Federal Dövlət Büdcə Təşkilatında qeydiyyatdan keçmiş "Genesis” avtomobili taksi ilə toqquşub.
Qaynarinfo xəbər verir ki, qəza Volqoqrad Prospekti ərazisində baş verib. Avtomobil Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun adına qeydiyyatdadır.
RBK-nın məlumatına görə, qəza zamanı o özü avtomobildə olmayıb. Bu barədə nəqliyyat kombinatındakı mənbə məlumat verib. Daha sonra məlumat DİN-in Moskva Baş İdarəsindəki bir mənbə tərəfindən təsdiqlənib.
"Avtomobilim qəzaya uğradı, hamı salamatdır, özüm orada deyildim", - Peskov özü nəşrə açıqlamasında deyib.
Alpər