"Belə yanaşma tərzi Putinin imperiya ambisiyalarının baş tutmamasından dolayı narahatlığından qaynaqlanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya dövlət başçısı Vladimir Putinin təhlükəsizlik işçisi günü münasibətilə yaydığı videomüraciətə münasibət bildirərkən deyib.
Xatırladaq ki, Vladimir Putin təhlükəsizlik işçisi günü münasibətilə yaydığı videomüraciətdə əks-kəşfiyyat zabitlərini, o cümlədən hərbçiləri "qüvvələrin maksimum konsentrasiyasına və cəmləşməsinə” çağırıb.
Cümşüd Nuriyev vurğulayıb ki, bu çağırış fonunda Rusiyada represiya dalğası daha da güclənəcək:
"Onsuz da bu ölkədə son bir ildə represiyalar şiddətlənib. Putinin videomüraciətdə səsləndirdiyi fikirlər isə həmin represiya dalğasını daha da şiddətləndirəcək. Rusiya Ukrayna müharibəsində ciddi uğur əldə etməyib. Hətta rus hərbçiləri öz səlahiyyətlərini aşaraq, Azərbaycanı da hədələməyə başlayıblar.
Bir dövlət başçısının, Ali Baş Komandanın təhlükəsizlik işçilərinə belə bir müraciəti yolverilməzdir. Ya bu adamın psixi problemi var, ya da imperiya ambisiyaları həyata keçmədiyindən həddən artıq narahat olub. İstisna deyil ki, Putin Rusiyanın bir dövlət kimi dağıldığını dərk edir və aqniya halında belə bir yanaşma sərgiləyir”.
Rüfət Sultan