"Putinin bu müqayisəsi qüsurlu olmaqla yanaşı, Ukrayna cəbhəsindəki uğursuzluqları ört-basdır erməyə hesablanmış addımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın ABŞ-ın Ukraynaya verəcəyi "Patriot” raketlərini məhv etmək potensialına malik olub-olmadığına aydınlıq gətirərkən deyib. Ekspert bildirib ki, Putin "Patriot”la bağlı yalan məlumat verib:
"Bu müqayisə yersizdir. Putin "Patriot” hava hücumundan müdafiə sistemlərilə bağlı yalan məlumat verib. S-400-lərin "Patriot”ları tutmaq və vurmaq imkanları demək olar ki, yoxdur. "Patriot”lar hazırda dünyada ən inkişaf etmiş və özünü doğruldan ən müasir avadanlıqlardan ibarətdir.
"Patriot”ların alınması ilə Ukrayna ordusunun gücü dəfələrlə artacaq. S-300 və S-400-lər "Patriot”larla müqayisədə xeyli çatışmamazlıqlara malikdir. Aşağı hündürlükdən uçan hərbi hədəflərin aşkarlanması, zərərsizləşdirilməsi S-400-lər üçün çətinlik yaradır. Rusiyaya məxsus bu raketlərin hədəfləri vurma imkanı azdır. "Patriot”ların isə hədəfi izləmək, tutmaq və zərərsizləşdirmək imkanları 99 faiz civarındadır. Bu silahları əldə etməklə Ukrayna faktiki olaraq öz səmasını Rusiya raketlərindən qorumaq imkanı əldə edib”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ səfəri nəticəsində "Patriot” raketlərinin alınması barədə razılıq əldə etməsindən sonra Rusiya prezidenti Vladimir Putin onları 100 faiz vura biləcəklərini deyib. "Patriot”lar kifayət qədər köhnə sistemlərdir" deyən Putin, hətta Rusiyanın S-300 hava hücumundan müdafiə sistemlərinin "Patriot”lardan daha yaxşı olduğunu iddia edib.
Rüfət Sultan