Xəbər lenti

Putinin sözçüsünün 22 yaşlı qızı özünü belə təcrid eləyib – Gənclərə nümunə...
Dünya15:46 31.03.2020

Putinin sözçüsünün 22 yaşlı qızı özünü belə təcrid eləyib – Gənclərə nümunə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta İnstaqram paylaşımında koronavirusa görə tətbiq olunan karantin fonunda özünütəcrid günlərini necə keçirdiyindən bəhs edib. 
Qaynarinfo xəbər verir ki, Yelizavetə məhdudiyyətlər üzündən cansıxıcılıqdan şikayət edən gəncləri başa düşmmədiyini vurğulayıb. O deyib ki, 22 yaşına qədər "gəzib-dolaşıb", indi isə artıq "ev adamıdır", ancaq evdə "kölgə kimi dolaşan”lardan deyil.
Peskova adi zamanlarda belə nadir hallarda kafeyə və yarım ildə bir dəfə filmə baxmağa getdiyini deyib. "Mən demək olar ki, heç vaxt şəhəri gəzmirəm", - o yazıb. Ona görə də karantində onun həyatı heç də onunçün yeni bir şey olmayıb. Liza yaxşı yemək bişirməyi bacarır və sevir: "İki nəfərlik səhər yeməyi, nahar və şam yeməyi mənim üçün problem deyil".
Lizanın dediyinə görə, işi ona distant formada çalışmağa imkan verir. Onlayn-təhsil adi qaydada olduğundan daha da effektli olub. "Hələ ki, bir-iki həftəliyinə bağa getməyi düşünürük. Orda həm qaça biləcəyəm, həm də özümlə ciddi məşğul ola biləcəyəm”, - peskova planlarını bölüşüb. İndi o, qaçış zolağının və idman ləvazimatlarının gətirlməsini gözləyir.  
Bu karantin günlərində Liza əvvəlki zamanlarla müqayisədə daha çox kitab oxuyur: "Qiraət su kimi gedir. Daha çox da yazmağa başlamışam. Ümumiyyətlə, indi mənim adi vaxtlarda etdiklərim ikiqat çoxalıb”.
Alpər