"İki ölkə arasında münasibətlərin inkişafında Putinin bu səfərinin mühüm əhəmiyyəti olacaq. Amma bu səfər konseptual baxımdan heç bir dəyişikliyə səbəb olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Rusiya prezidentinin Türkiyəyə hələlik tarixi bəlli olmayan səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Rusiya ilə Türkiyə arasında müxtəlif məsələlərlə bağlı danışıqlar gedir:
"Dünyanın müxtəlif coğrafiyalarında bu iki dövlətin hadisələrə yanaşmalarında konseptual fərqlər olsa da, Rusiya ilə Türkiyə müəyyən məsələlərdə, müəyyən situasiyalarda birgə əməkdaşlığı mümkün hesab edirlər. Bu baxımdan, Putinin Türkiyəyə olacaq səfərini vacib və əhəmiyyətli hadisə hesab edirəm. Türkiyə ilə Rusiya müxtəlif iqtisadi layihələrdə iştirak edir. Moskva üçün maraqlıdır ki, Türkiyədən kənar hansısa bir NATO ölkəsi Rusiya Ukrayna danışıqlarında vasitəçi tərəf kimi iştirak etməsin. Bu faktoru nəzərə alanda sözügedən məsələ ətrafında bundan sonra Türkiyənin oynaya biləcəyi məsələlər müzakirə ediləcək".
Ekspertin fikirincə, Yaxın Şərq və başqa coğrafiyalarda fikir ayrılıqlarına səbəb olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq:
"Ankara Rusiyadan axtarışa verdiyi bəzi adamlara qarşı daha əsas mövqe göstərməyini istəyəcək. Habelə, Türkiyə Ermənistan münasibətləri də tərəflər arasında görüşdə müzakirə edilə bilər. Hazırda Rusiya-Türkiyə münasibətlərilə bağlı tarixin ən yaxşı dövrünü yaşayırıq".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər etməlidir. Səfər barədə danışan Kreml sözçüsü Dmitri Peskov Putinin səfərə hazır olduğunu desə də, səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin məsələ ilə bağlı iş getdiyini deyib.
Rüfət Sultan