ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı mövcud vəziyyətdən çıxmaq planının olmamasından narahat olduğunu bildirib.
Agentliyin məlumatına görə, Bayden Putini "öz maraqlarını güdən” şəxs adlandırıb və bildirib ki, Rusiya prezidentinin hazırda münaqişədən çıxmaq planı yoxdur. ABŞ prezidentinin sözlərinə görə, o, bununla nə edəcəyini anlamağa çalışır.
Bayden Vaşinqton yaxınlığında keçirilən ianə toplama tədbirində çıxış edərək, "Putin Ukraynadakı hərbi əməliyyatlara görə NATO və Avropa İttifaqını parçalanacağını gözləyirdi, lakin bu baş vermədi", deyə Bayden bildirib.
Nizami Bağırov