Xəbər lenti

Putinin yapon qubernatora bağışladığı pişik karantinə alındı (FOTO)
Dünya08:37 29.04.2020

Putinin yapon qubernatora bağışladığı pişik karantinə alındı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2012-ci ildə Prezident Vladimir Putinin Yaponiyanın şimal prefekturasının başçısı Akita Norihisa Satakeyə bağışladığı "Mir” (Barış) ləqəbli Sibir pişiyi koronavirusa görə karantinə alınıb. 
Qaynarinfo xəbər verir ki, Norihise Satake Yaponiya hakimiyyət orqanlarının ABŞ-da ev heyvanlarının koronavirusa yoluxması ilə bağlı xəbərlərdən xeyli narahat olduğunu bildirib. Buna görə Mir indi təcrid vəziyyətindədir və qubernator ailəsinin üzvlərindən başqa heç kimlə ünsiyyət qurmur. 
Mir çox yaxşı iştaha, xeyirxah və şən xasiyyətə malikdir. Qubernatorun evində digər altı pişiklə yaxşı yola gedir. Satake özü pişiyi çox sevir və onu görəndə ruhu dincəlir.
2012-ci ildə Satake də Putinə Fukusima-1 qəzasının nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə minnətdarlıq əlaməti olaraq Akita-Inu cinsindən olan Yume (Xəyal) adlı küçük hədiyyə edib.
Alpər