Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Co Bayden arasındakı danışıqlar 16 iyunda Villa La Grange-da keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı İsveçrə Federal Xarici İşlər Nazirliyi (XİN) bu gün yayıb.
"Məşhur Villa La Grange 16 iyunda prezidentlər Bayden və Putinə ev sahibliyi edəcək. İsveçrə Cenevrəyə göstərilən etimada görə hər iki ölkəyə təşəkkür edir", - nazirlikdən bildirilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Cenevrə sammitinə Baydenlə danışıqlar günü uçacaq.
Amerika lideri bundan əvvəl prezident olaraq xaricə ilk səfərinə çıxıb. O, NATO və AB sammitlərində iştirak etmək üçün İngiltərə və Belçikaya səfər edəcək, 16 iyun tarixində isə Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə danışıqları olacaq.
Alpər