
Türkiyə baş nazirinin müavini Bülənt Arınç onlarla əlaqə yarandığını deyib
Bir neçə gün əvvəl İŞİD silahlıları tərəfindən qaçırılan Türkiyənin Mosuldakı baş konsulluğunun diplomatları təhlükəsiz yerdədir.
ANS TV-nin məlumatına görə, bu sözləri Türkiyə baş nazirinin müavini Bülənt Arınç deyib. O, qaçırılan şəxslərlə bəzən əlaqə yarandığını bildirərək onlara qarşı kobud davranılmadığını qeyd edib.
Türkiyə Baş nazirinin müavini Bülənt Arınçın sözlərinə görə, önəmli irəliləyişlərin olduğunu bilirik: “Çox qısa bir zaman ərzində yaxşı xəbərlər ala bilərik. Bir hökumət bu vəziyyətdə nə etməlidirsə, onu artıqlaması ilə edir”.
Xatıladaq ki, bir neçə gün əvvəl Türkiyənin Mosuldakı baş konsulluğunun 40-dan çox əməkdaşı silahlılar tərəfindən naməlum istiqamətə aparılmışdı.
Qaynar.info