Xəbər lenti

Qadınlar İŞİD-ə niyə qoşulur?
Dünya19:15 13.02.2015

Qadınlar İŞİD-ə niyə qoşulur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alman professor Susanna Skröte bunun səbəblərini araşdırıb

İŞİD terror qruplaşmasına qoşulan qadınların bu addımı niyə atdığı məlum olub.

ANS PRESS-in məlumatına görə, professor Susanna Skröte qadınların terror təşkilatına qoşulma səbəblərini araşdırıb.

Onun fikrincə İŞİD-in işğalı altında olan torpaqlara gedən qadınların ilk məqsədi "eşq" tapmaqdır.

İŞİD-i dəstəkləyən qadın qrupu "Əl Hansa Briqadaları" tərəfindən edilən müraciətə yazı ilə cavab verən professor terrorçulara qoşulan əcnəbi qadınların 10 faizinin hələ 18 yaşdan balaca olduğunu bildirib.

Almaniyadan İŞİD-ə qatılan gənc qadınların sayının 60-a çatdığı təxmin edilir.

Qeyd edək ki, bu ilin yanvar ayında ərəbcə nəşr olunan müraciətdə İŞİD-ə qatılan qadınlardan təşkil olunmuş "Əl Hansa Briqadaları"nın əsas işinin İŞİD-in nəzarəti altında ərazilərdə qadınların geyindikləri paltarların dinə uyğun olub olmadığına nəzarət etməkdir.


Qaynar.info