
Çinin Şanqay bölgəsində yerləşən ticarət mərkəzi qadınların mağazaları gəzmək istəməyən kişiləri qoya biləcəkləri "əmanət qutuları" xidmətinə başlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şüşədən hazırlanmış qutunun içində stol və 1990-cı illərin oyunları yüklənmiş kompyuter var. İlk bir neçə ay pulsuz olacaq xidmət üçün sonradan online şəkildə cüzi haqq ödəmək lazım gələcək.
Qeyd edək ki, xidmətin ilk istifadəçiləri razı qalıb, bəziləri isə havalandırma sistemindən və kondisionerin yoxluğundan şikayət edib.
Gülşən
Qaynarinfo.Az