FEMEN bu dəfə qırmızı dodaq boyası qadağasına etiraz edibDünyanın müaxtəlif ölkələrində keçirdikləri yarıçılpaq aksiyaları ilə tanınan Ukraynanın məşhur FEMEN qrupu yenə soyunub. ANS PRESS-in məlumatına görə. bu dəfə onlar Türk Hava Yollarının mübahisələrə səbəb olan qırmızı dodaq boyası qadağasına etriaz edib və türk stüardessaların yanlarında olduqlarını deyiblər.
İki qadın qurşaqdan yuxarı soyunaraq başlarına hərbi papaq qoyublar. Onların əllərində isə Türkiyə bayraqları olub. Qızlar həmişəki kimi üstlərinə etiraz şüarları yazıblar. Bu dəfə onlar "səmanın islamlaşmasına yox" şüarı ilə aksiya keçiriblər.
Qaynar.info

