Xəbər lenti

Qadınlarla bağlı bu köhnəlmiş ifadələr konstitusiyadan çıxarılacaqmı? - Referendum
Dünya 18:18 08.03.2023

Qadınlarla bağlı bu köhnəlmiş ifadələr konstitusiyadan çıxarılacaqmı? - Referendum

İrlandiya qadınların ailədəki yeri ilə bağlı vəziyyəti konstitusiyadan çıxarmaq üçün noyabrda referendum keçirməyi planlaşdırır.

Qaynarinfo "Avropa Həqiqəti”nə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkə hökuməti məlumat yayıb.

Bir vaxtlar dərin katolik ölkəsi olan İrlandiyada sosial dəyişiklik dalğası 86 illik konstitusiyaya son illərdə abort qadağasını aradan qaldırmaq və eynicinsli nikahlara icazə vermək üçün dəyişdirilsə də, qadınların cəmiyyətdəki roluna dair "köhnəlmiş” istinadlar hələ də qalmaqdadır.

41.2-ci maddədə göstərilir ki, "qadın öz evdarlıq həyatı vasitəsilə dövlətə dəstək verir, bunsuz ümumi rifah əldə edilə bilməz” və "analar iqtisadi zərurət üzündən ev işlərinə laqeyd yanaşaraq haradasa işləməyə məcbur edilməməlidir”.

Vətəndaşlar Assambleyası - konstitusiyaya potensial dəyişiklikləri müzakirə etmək üçün forum - 2021-ci ildə bu istinadların çıxarılmasını və onların gender baxımından neytral və ayrı-seçkiliyə yol verməyən dillə əvəz edilməsini tövsiyə edib.

İrlandiyada istənilən konstitusiya dəyişikliyi ümumxalq səsverməsi ilə təsdiqlənməlidir. Yüksək dərəcədə məhdudlaşdırıcı abort qanunlarını liberallaşdırmaq və eynicinsli nikahlara icazə vermək üçün keçirilən hər iki referendum böyük səs çoxluğu ilə təsdiqlənib.

Baş nazir Leo Varadkar bu gün dünya Beynəlxalq qadınlar bayramını qeyd edərkən verdiyi açıqlamasında deyib: "Hökumətin gender bərabərliyini təsbit etmək və köhnəlmiş "ailədə qadınlar" ifadəsini aradan qaldırmaq üçün konstitusiyamıza dəyişiklik etmək məqsədilə referendum keçirməyi planlaşdırdığını elan etməkdən məmnunam".

"Uzun müddətdir ki, qadınlar və qızlar qayğı göstərmək işində qeyri-mütənasib şəkildə məsuliyyət daşıyırlar, evdə və iş yerində ayrı-seçkiliyə məruz qalırlar, hədəfə alınırlar, məişət və ya gender əsaslı zorakılıq qorxusu ilə yaşayırlar", - Baş nazir deyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->