Moldovanın yeni Baş naziri Dorin Reçan Dnestryanı bölgənin demilitarizasiyasının və rus qoşunlarının çıxarılmasının tərəfdarı olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə tv8.md məlumat
yayıb.
"Biz bir əsas şeyə nail olmalıyıq - demilitarizasiya. Qalan hər şey bundan sonra gəlir və orada olan vətəndaşlarımızın iqtisadi və sosial inteqrasiyası çox vacibdir, lakin ilk növbədə demilitarizasiyadır. Bu, çox şeydən asılıdır, lakin nə vaxtsa həll olunacaq”, - Reçan bildirib.
O qeyd edib ki, ölkədə Rusiyanın apardığı hibrid müharibə gedir. Reçan Moldova xalqını "hərbi və ya hibrid əməliyyatların eskalasiyasının real təhlükələrinə” məhəl qoymamağa çağırıb.
"Biz müdafiəmizi elə qurmalıyıq ki, hər hansı təcavüzkarın bizə hücum etməsi çox çətin olsun", - Reçan deyib.
Xatırladaq ki, fevralın 9-da Ukrayna prezidenti Ukrayna kəşfiyyatının Rusiyanın Moldovada siyasi vəziyyəti qarışdırmaq planının qarşısını aldığını bəyan edib. Sandu administrasiyası Kişinyovun Rusiyanın Moldovada siyasi vəziyyəti qarışdırmaq planlarından xəbərdar olduğunu təsdiqləyib. Fevralın 13-də Moldova prezidenti bəyan edib ki, Rusiya Federasiyası ölkədə dövlət çevrilişi təşkil etməyi planlaşdırır – "təxribatla və mülki şəxs qiyafəsində hərbi təlim keçmiş insanları cəlb etməklə”. Onun sözlərinə görə, Kremlin planı həm də əcnəbilərin istifadəsini nəzərdə tutur.
Nizami Bağırov