Xəbər lenti

"Qalatasaray" İkardinin transferini bitirir - 10 milyon avro
İdman12:06 09.07.2023

"Qalatasaray" İkardinin transferini bitirir - 10 milyon avro

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray" PSJ-dən hücumçu Mauro İkardini transfer hüququnu alır.
Qaynarinfo xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq tərəflər keçidin detalları ilə bağlı razılığa gəliblər. "Qalatasaray" İkardinin transferi üçün 10 milyon avro ödəyəcək. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
İkardi ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edib. Türkiyə çempionatında 24 matçda iştirak edib, 22 qol vurub və 7 məhsuldar ötürmə edib. O, əvvəllər İtaliyanın "İnter” və "Sampdoriya” klublarında da top qovub. "Transfermarkt" İkardini 19 milyon avroya qiymətləndirir.
Aydın